Prezident İlham Əliyev BƏƏ Füceyra Əmirliyinin şahzadəsi ilə görüşüb

Prezident İlham Əliyev BƏƏ Füceyra Əmirliyinin şahzadəsi ilə görüşüb
# 29 iyun 2012 17:14 (UTC +04:00)
Bakı-APA. İyunun 29-da prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi ilə görüşüb.

Görüşdə Birləşmiş Ərəb Əmirlikləri və Fuceyra Əmirliyi ilə Azərbaycan arasında inkişaf edən əlaqələrin məmnunluq doğurduğu bildirilib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstəyin əhəmiyyəti vurğulanıb. Qarşılıqlı səfərlərin mövcud əlaqələri daha da genişləndirəcəyinə əminlik ifadə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR