AB prezidentinin Cənubi Qafqaza səfərinin proqramı məlum olub

AB prezidentinin Cənubi Qafqaza səfərinin proqramı məlum olub
# 29 iyun 2012 19:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin prezidenti Herman Van Rompeyin Cənubi Qafqaza səfərinin proqramı məlum olub. APA-nın AB prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, H. Van Rompey bölgəyə səfərinə iyulun 3-də Ermənistandan başlayacaq. İyulun 4-də o Gürcüstanda, 5-də isə Azərbaycanda olacaq.

Səfər çərçivəsində AB prezidenti hər üç ölkənin dövlət başçıları ilə görüşərək Avropa Birliyinin Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bakıda və İrəvanda H. Van Rompey həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR