Krans Montana Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Krans Montana Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
# 29 iyun 2012 22:13 (UTC +04:00)
Bakı-APA. Bakıda keçirilən Krans Montana Forumunun iştirakçılarının şərəfinə iyunun 29-da “Buta” sarayında rəsmi ziyafət verilib.

Dövlət və hökumət rəsmilərinin iştirak etdiyi tədbirdə Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron
forumun ideyalarına sadiqliyinə görə “Panrail” dəmir yolu avadanlığı istehsalı şirkətinin rəhbəri Hans Corc Andrasa, xaricdə yaşayan fransızların işləri üzrə senator Kristofe Andre Frassaya və Avropa İqtisadi Palatasının rəhbəri Kərim Əlirzayevə mükafatlar təqdim edib.
Sonra bir qrup şəxsə forumun diplomları təqdim olunub.

Ziyafətdə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti qonaqlara unudulmaz anlar bəxş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR