Türkmənistan prezidentinin çıxışlarının toplandığı kitab Azərbaycan dilində nəşr olunub

Türkmənistan prezidentinin çıxışlarının toplandığı kitab Azərbaycan dilində nəşr olunub
# 30 iyun 2012 08:34 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun çıxışlarının toplandığı iki cildlik “Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” adlı kitab Azərbaycan dilində nəşr olunub.

APA-nın Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbərinə görə, kitabda dövlət başçısının Türkmənistanın xarici siyasət kursu ilə bağlı 2007-2010-cu illəri əhatə edən çıxışları və müsahibələri əks olunub.

Toplunun tərtibçilərinin fikrincə, orada əks olunmuş ideya və prinsiplər dünyada gedən geopolitik proseslərin dərindən anlaşılmasının, xarici siyasət kursunun uzaqgörən və praqmatik reallaşdırılmasının göstəricisidir. Kitab beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan aspirant və tələbələr, eləcə də diplomat və politoloqlar üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR