Azərbaycan prezidenti Macarıstanın baş nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Macarıstanın baş nazirini qəbul edib - <font color=red>FOTO</font>
# 30 iyun 2012 16:58 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Ölkələr arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən prezident İ.Əliyev energetika sektoru ilə bağlı əməkdaşlığın genişləndiyini vurğulayıb.

Bakıda keçirilən Krans Montana Forumunun beynəlxalq əhəmiyyətinə toxunan dövlət başçısı Macarıstanın baş naziri Viktor Orbanın Forumda iştirakının önəmini qeyd edib. Ölkələr arasında siyasi sahədə güclü əlaqələrin mövcud olduğunu deyən Azərbaycan prezidenti iqtisadiyyat, energetika, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığımızın genişləndirilməsi üçün isə yaxşı perspektivlərin olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR