Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti samiti Azərbaycanda keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti samiti Azərbaycanda keçiriləcək
# 23 avqust 2012 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə TDƏŞ-in Qırğızıstanda keçirilən II samitində bu ölkənin prezidenti Almazbek Atambayev bildirib.

“Biz gündəlikdə olan bütün məsələlər barəsində razılığa gəldik, o cümlədən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının maliyyələşməsi qaydalarını, Türk Akademiyasının, Türk Mədəniyyətinə Dəstək Fondunun yaradılmasını, eləcə də bu sammitin yekun sənədini razılaşdırdıq. Növbəti sammitin Azərbaycanda keçirilməsi də qərara alındı”, - deyə A. Atambayev vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR