Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks Azərbaycana gələcək

Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks Azərbaycana gələcək
# 01 noyabr 2012 06:56 (UTC +04:00)
APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, səfərdə məqsəd Bakıda keçiriləcək İnternet İdarəetməsi Forumu çərçivəsində “Təhlükəsizlik və onlayn KİV” forumunda iştirak etməkdir.

Nils Muyjnieks səfər çərçivəsində rəsmi şəxslərlə görüş keçirəcək, Azərbaycanda insan haqlarının durumunu müzakirə edəcək. Səfər noyabrın 7-də başa çatacaq.

Xatırladaq ki, bu, Nils Muyjnieksin Avropa Şurası insan haqları komissarı postunda ölkəmizə ilk səfəri olacaq. O yeni vəzifəsinin icrasına bu ilin aprelində başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR