Makedoniyanın Azərbaycanda akkredit olunmuş səfiri ölkəsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması xəbərini təkzib edib
06 noyabr 2012 08:41 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov Makedoniyanın Türkiyə və Azərbaycandakı səfiri Quran Toskovski ilə görüşüb. Görüşdə guya Makedoniyanın Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçıların yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşdığı barədə məlumat müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Makedoniya səfiri Quran Toskovski ölkənin bu niyyətdə olması barədə iddiaları qəti şəkildə təkzib edib və bildirib ki, Makedoniya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Bundan başqa səfir qeyd edib ki, Makedoniya və Ermənistan arasında diplomatik münasibətlər yoxdur.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Makedoniyanın guya qondarma “DQR”in müstəqilliyini tanımağa hazırlaşması barədə məsələnin bu ölkənin Makedoniyaya yeni təyin olunmuş “fəxri konsulu” Araik Sərkisyan tərəfindən qaldırıldığını yazıblar.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Makedoniyanın guya qondarma “DQR”in müstəqilliyini tanımağa hazırlaşması barədə məsələnin bu ölkənin Makedoniyaya yeni təyin olunmuş “fəxri konsulu” Araik Sərkisyan tərəfindən qaldırıldığını yazıblar.
Xarici siyasət
Azərbaycan XİN: Keçmiş separatçı rejimin nümayəndələrinin də ABŞ Konqresinin komissiyasındakı dinləmələrdə iştirakı bütün çərçivələri aşır
21:02
19 sentyabr 2024
Rəsmi Bakı: Yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb
12:42
19 sentyabr 2024
XİN: Erməni sakinlərin Azərbaycan ərazilərini tərk etməsini “etnik təmizləmə” kimi qələmə vermək riyakarlıqdır
12:39
19 sentyabr 2024
Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib: Antiterror tədbirləri beynəlxalq hüquqa uyğun keçirilib
12:34
19 sentyabr 2024