Bakıda “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi - “Qardaş köməyi” adlı beynəlxalq simpozium keçirilir - FOTO

Bakıda “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi - “Qardaş köməyi” adlı beynəlxalq simpozium keçirilir - <font color=red>FOTO</font>
# 06 noyabr 2012 14:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Dillər Universitetində (ADU) keçiriləcək “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi - “Qardaş köməyi” adlı beynəlxalq simpoziumun açılış mərasimi olub.

APA-nın məlumatına görə, mərasimdə ADU-nun rektoru Səməd Seyidov Türkiyə-Azərbaycanın münasibətlərindən danışıb. O deyib ki, bu simpoziumun keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə iki qardaş dövlət arasındakı isti əlaqələrin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun təmsil etdiyi ölkənin Azərbaycanla münasibətlərindən danışaraq, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O qeyd edib ki, səfir kimi fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycan dövlətinin gənclər siyasətinə diqqət yetirib və bu prosesin uğurla qurulduğunu müşahidə edib. Səfir Türkiyənin Azərbaycanın inkişafına yönələn bütün addımları atmağa hazır olduğunu da söyləyib.

Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) baş direktoru Sərdar Çan bu kimi tədbirlərin cəmiyyətlərin formalaşmasındakı rolundan danışıb.

Sonra ADU-nun tərcümə fakültəsində Sinxron Tərcümə Laboratoriyasının açılış mərasimi keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR