Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersini qəbul edib

Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersini qəbul edib
# 03 iyul 2007 09:53 (UTC +04:00)
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersini onun xahişi ilə qəbul edib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, səfir təmsil etdiyi ölkənin demokratiya və vətəndaş cəmiyyətinin inkişafına, hər bir şəxsin insan hüquqlarının qorunması uğrunda səylərə önəm verdiyini, Azərbaycanın güclü dövlət olmaq təşəbbüslərini dəstəklədiyini söyləyib. A. Dersi respublikamızda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edildiyi, bu sənədin kifayət qədər dolğun və əhatəli olduğunu qeyd edib. O, planını həyata keçirərkən beş istiqamətə - qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə, siyasi islahatlar və azad seçkilərin keçirilməsi, insan hüquqlarına hörmətlə yanaşan təsisatların yaradılması və inkişafı, azad media, əhalinin hüquqi təhsili, demokratik şüurun formalaşdırılması məsələlərinə diqqət yetirilməsini təklif edib. Səfir müvafiq sənədləri Ombudsmana təqdim edib. Görüşdə vətəndaş cəmiyyəti, QHT-lər, beynəlxalq qurumlarla sıx əlaqədə fəaliyyət göstərməyin zəruriliyi qeyd olunub.
E. Süleymanova media hüquqlarının müdafiəsinin müvəkkilin diqqətindən yayınmadığını, jurnalistlərə qarşı kobud rəftar və zorakılıq hərəkətləri kimi neqativ halların nəzarətdə saxlandığını vurğulayıb, məsələnin qanun çərçivəsində həlli üçün müvafiq orqanlara müraciət olunduğunu deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR