Azərbaycanın Los-Ancelesdə vitse-konsulu “Boeing” şirkətinin rəhbərliyi ilə görüşüb

Azərbaycanın Los-Ancelesdə vitse-konsulu “Boeing” şirkətinin rəhbərliyi ilə görüşüb
# 05 iyul 2007 11:40 (UTC +04:00)
ABŞ-ın şimal-qərbində yerləşən müxtəlif ştatlara işgüzar səfərlər çərçivəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun vitse-konsulu Elman Abdullayev iyulun 1-3-də Vaşinqton ştatında səfər olub. APA-nın ABŞ bürosunun məlumatına görə, diplomat Sietl və Olimpiya şəhərlərində “Boeing” şirkətinin vitse-prezidenti, “bp” şirkətinin Vaşinqton ştatı üzrə regional direktoru, Sietl Beynəlxalq Münasibətlər Mərkəzinin direktoru Ian Monkaster, Sietldə yaşayan Axısxa türklərin nümayəndələri ilə görüşüb. Bundan başqa Elman Abdullayev Vaşinqton qanunvericilik orqanında görüşlər keçirib. Görüşlərdə ABŞ-ın qərb regionunda yerləşən mühüm ştatlardan biri olan Vaşinqton ştatı ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub. Bundan başqa Vaşinqton ştatı ilə parlamentlərarası münasibətlərin, Azərbaycanla Vaşinqton ştatı arasında iqtisadi-ticarət və mədəni münasibətlərin inkişafı məsələləri də müzakirə edilib. Bu, baş konsulluğun nümayəndələrinin Vaşinqton ştatına sayca üçüncü səfəridir. Qeyd edək ki, ölkəmizin Los-Angelesdəki baş konsulu Elin Süleymanova Vaşinqton ştatının fəxri vətəndaşı adı verilməsindən sonra ştat hökuməti ilə Azərbaycan hökuməti arasında münasibətlər dinamik şəkildə inkişaf etməyə başlayıb. Hazırda Vaşinqton ştatının hökuməti və qanunvericilik orqanı Azərbaycanla əməkdaşlığa böyük önəm verir. ABŞ-nın şimal-qərbində yerləşən Vaşinqton ştatında 6 milyona yaxın insan yaşayır və burada ölkənin iri transmilli sənaye şirkətləri yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR