Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin iş rejimində müvəqqəti dəyişiklik olub

Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin iş rejimində müvəqqəti dəyişiklik olub
# 17 iyul 2007 15:59 (UTC +04:00)
Fransanın Bakıdakı səfirliyi bildirir ki, 2007-ci il iyulun 17-dən avqustun 31-dək səfirliyin viza şöbəsi cümə günləri nahardan sonra bağlı olacaq. Məlumatı APA-ya səfirliyin mətbuat xidmətindən veriblər. Bu müddət ərzində viza üçün müraciət etmiş şəxslərə pasportlar cümə günləri saat 12-dən 13-dək, digər günlər isə saat 17-dən 18-dək qaytarılacaq. Əvvəllər olduğu kimi, viza şöbəsi çərşənbə günləri viza müraciətlərinin qəbulu üçün bağlıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR