Robin Sivord: “ATƏT qeyri-hökumət təşkilatlarının “çətir” strukturunun yaradılmasını dəstəkləyir”

Robin Sivord: “ATƏT qeyri-hökumət təşkilatlarının “çətir” strukturunun yaradılmasını dəstəkləyir”
# 25 iyul 2007 13:54 (UTC +04:00)
ATƏT yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətində “çətir” strukturunun yaradılmasını dəstəkləyir. ATƏT-in Bakı Ofisinin rəhbər müavini Robin Sivordun APA-ya verdiyi məlumata görə, Azərbaycanda çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərsə də, belə kiçik qrupların fərdi qaydada işləməsi işin effektini azaldır: “Belə qrupların hansısa vahid sistemdə çalışması daha yaxşı olardı. Bu, demokratik nəzarətin bir hissəsidir. ATƏT belə bir sxemin yaradılması təşəbbüsü ilə çıxış edib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR