Yon Ramberq etimadnaməsini Gürcüstan prezidentinə təqdim etmək üçün Tiflisə gedib

Yon Ramberq etimadnaməsini Gürcüstan prezidentinə təqdim etmək üçün Tiflisə gedib
# 26 iyul 2007 08:27 (UTC +04:00)
Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq həm də ölkəsinin Gürcüstandakı səfiri funksiyasını yerinə yetirəcək. Diplomat etimadnaməsini Gürcüstan prezidenti Mixail Saakaşviliyə təqdim etmək üçün Tiflisə gedib. Bu barədə APA-ya səfirin özü məlumat verib.
Qeyd edək ki, Y. Ramberq Azərbaycanda keçən ilin dekabrından çalışır. Onun sələfi Steynar Gil də Azərbaycanla yanaşı, Gürcüstanda da öz ölkəsini təmsil edirdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR