Azərbaycanın diplomatik korpusunda çalışan mühasiblərin ilk müşavirəsi keçirilib
31 iyul 2007 08:30 (UTC +04:00)
Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında çalışan mühasiblərin ilk müşavirəsi keçirilib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə 2004-2006-cı illər ərzində Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında aparılmış təftişlərin nəticələri, 2006-cı ilin illik hesabatları təhlil olunub, 2008-ci və sonrakı 3 il üçün büdcə layihələri müzakirə olunub, tövsiyələr verilib. Eyni zamanda, mühasibat uçotunun beynəlxalq standartlara keçidi haqqında məruzə dinlənilib. Müşavirədə Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məsul əməkdaşları da iştirak ediblər. Tədbirdə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında qarşıya çıxan bəzi problemlərin aradan qaldırılması yolları müzakirə olunub. Müşavirənin sonunda müvafiq qərar qəbul olunub. /APA/
Xarici siyasət
Mərakeşdə beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb
13:43
14 sentyabr 2024
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
13:31
14 sentyabr 2024
Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb
12:58
14 sentyabr 2024
İtaliyanın Azərbaycandakı səfiri iki ölkə arasındakı münasibətlərdən danışıb
20:53
13 sentyabr 2024