Livanda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı yoxdur

Livanda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı yoxdur
# 20 sentyabr 2007 15:19 (UTC +04:00)
Onun sözlərinə görə, partlayış baş verən Xorş Tabet rayonunda azərbaycanlılar yaşamır. Bundan başqa ölkədəki azərbaycanlıların əksəriyyəti İsraillə münaqişə dövründə ölkəni tərk ediblər. Bununla belə bir çox tələbə və müəllimlər artıq Beyruta qayıdıblar. Fəxri konsulun sözlərinə görə, hazırda ölkədə vəziyyət stabilləşir. Qeyd edək ki, dünən axşam Livanda baş verən terror aktı nəticəsində ölkə parlamentinin deputatı Antuan Qanem həlak olub. Baş verən partlayış daha səkkiz nəfərin ölümünə, 50-dən artıq insanın yaralanmasına səbəb olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR