Azərbaycanın 18 ölkədəki diplomatik nümayəndəliyi öz mülkiyyəti olan binalarda fəaliyyət göstərir

Azərbaycanın 18 ölkədəki diplomatik nümayəndəliyi öz mülkiyyəti olan binalarda fəaliyyət göstərir
# 01 noyabr 2007 14:20 (UTC +04:00)
“Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarına ayrılan vəsaitin 30-40 faizi mənzil və inzibati binaların kirayə haqlarına sərf olunur. İndi biz diplomatik korpuslar üçün öz mülkiyyətimiz olan binalar almaq istəyirik. Hazırda 18 ölkədə Azərbaycanın diplomatik nümayəndəliyi bizim mülkiyyətimiz olan binalarda fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib. Nazir müavini hazırda 5-6 ölkədə, o cümlədən ABŞ-da fəaliyyət göstərən Azərbaycan səfirlikləri üçün bina almaq istiqamətində iş aparıldığını bildirib. Onun sözlərinə görə, gələn ildən XİN xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəqliyyat vasitələri ilə təmin edəcək. Almaniyanın “BMV” şirkəti ilə bu sahədə danışıqlar aparıldığını və müəyyən razılıqlar əldə edildiyini bildirən V. Sadıxov bu il “BMV” şirkətindən 29, gələn il isə 32 avtomobilin alınaraq Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik korpuslarına veriləcəyini deyib. O, həmin avtomobillərin istifadə müddəti bitdikdən sonra yenidən “BMV” şirkətinə qaytarılacağını da deyib. Nazir müavini həmçinin Azərbaycan diplomatlarının tibbi sığortasının da həyata keçirilməsi istiqamətində müəyyən işlər görüləcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR