Nikolay Patskeviç: “Azərbaycanda II Belarus Milli Sərgisinin 2009-cu ildə keçiriləcəyini güman edirəm”

Nikolay Patskeviç: “Azərbaycanda II Belarus Milli Sərgisinin 2009-cu ildə keçiriləcəyini güman edirəm”
# 07 noyabr 2007 11:22 (UTC +04:00)
“Belarusda ixtisaslaşmış sərgilərdə iştirak edə biləcək və ikitərəfli əlaqələr qurmağa qabil çoxlu şirkətlər var”. Bu açıqlamanı APA-ya Belarusun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç deyib. Onun sözlərinə görə, Bakıda bu il keçirilən tikinti və səhiyyə sərgilərində Belarus şirkətləri iştirak edib, lakin gələn ildən bu proses daha da aktivləşəcək. Milli sərgiyə gəlincə, səfir deyib ki, ölkəsində aparılan iqtisadi konsepsiyaya görə, belə sərgilər 2-3 ildən bir keçirilir: “Lakin bizim məhsullarımız Azərbaycanda kifayət qədər tanınmadığı üçün, güman edirəm ki, Belarusun ikinci milli sərgisi 2009-cu ildə keçiriləcək”. Qeyd edək ki, Belarusun birinci milli sərgisi bu ilin may ayında keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR