Azərbaycanla Dominikan arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb

Azərbaycanla Dominikan arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb
# 13 noyabr 2007 08:06 (UTC +04:00)
Noyabrın 12-də Nyu-Yorkda Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində ölkəmizlə Dominikan Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Nümayəndəlikdən APA-nın ABŞ bürosuna verilən məlumatına görə, sənədi ölkəmiz adından Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev, Dominikan Respublikası adından isə həmin ölkənin BMT yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili, səfir Enriquillo A. Del Rosario Seballos imzalayıblar. Bu sənədə görə, Azərbaycanla Dominikan arasında diplomatik əlaqələr cari ilin 12 noyabr tarixindən qurulmuş hesab olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR