Daniel Frid Azərbaycanda medianın mövcud vəziyyəti ilə bağlı narahatlığını ölkəmizin ABŞ-dakı səfirinin diqqətinə çatdırıb

Daniel Frid Azərbaycanda medianın mövcud vəziyyəti ilə bağlı narahatlığını ölkəmizin ABŞ-dakı səfirinin diqqətinə çatdırıb
# 23 noyabr 2007 10:52 (UTC +04:00)
Səfirin sözlərinə görə, hər bir ölkədə azad və ədalətli seçkilər keçirmək üçün insanların sərbəst toplaşma azadlığı təmin olunmalı, seçicilərin qeydiyyatdan keçirilməsi təmin edilməli, səslərin sayılması şəffaf olmalıdır: “Bunlardan daha vacibi isə müstəqil medianın inkişaf etməsidir. Təəssüf ki, hazırda Azərbaycan dünyada jurnalistlərin həbsdə olduğu ölkə kimi tanınır. Biz isə istəyirik ki, Azərbaycan öz mədəniyyəti, elmi ilə tanınsın”. A. Dersi malik olduğu enerji resurslarını Azərbaycanın gələcəyinin təminatı adlandırıb, bununla belə, mediaya təzyiqlərin Azərbaycanın gələcəyinə təhlükə törətdiyini deyib. A. Dersi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Fridin dünən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevlə görüşdüyünü də diqqətə çatdırıb: “Daniel Frid Azərbaycana son səfəri zamanı ölkədə media ilə bağlı problemləri öyrənib. O, Azərbaycanda medianın mövcud vəziyyəti ilə bağlı narahatlığını səfirin diqqətinə çatdırıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR