“Rus dili xalqlar arasında mənəvi körpüdür” mövzusunda dəyirmi masa keçirilib

“Rus dili xalqlar arasında mənəvi körpüdür” mövzusunda dəyirmi masa keçirilib
# 05 dekabr 2007 14:20 (UTC +04:00)
Bu gün Rusiyanın Azərbaycandakı səfirliyi və “Sodrujestvo” cəmiyyətinin təşkilatçılığı ilə “Rus dili xalqlar arasında mənəvi körpüdür” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbir “2007-ci il rus dili ili”nin başa çatmasına həsr olunub. Tədbiri giriş sözü ilə şair-jurnalist Alina Talıbova açaraq, “Rus dili ili” çərçivəsində dünyanın müxtəlif ölkələrində bir sıra layihələrin həyata keçirilməsindən söz açıb. Rus dilinin Azərbaycan ziyalılarının həyatında mühüm rol oynadığını bildirən çıxışçı bu dilin indi də xalqlar və ölkələr arasında ünsiyyət, əməkdaşlıq yaratdığını vurğulayıb. “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova, millət vəkili Elmira Axundova, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova, xalq artisti Teymur Göyçayev və başqaları çıxış edərək, rus dilinin postsovet məkanında və müasir dünyada xüsusi rolundan söz açıblar. Tədbir iştirakçıları “Rus dili ili” başa çatsa da, rus dilində müxtəlif elmi, bədii, kütləvi tədbirlərin, müxtəlif mövzulu müzakirələrin gələcəkdə də davam edəcəyinə əminliklərini bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR