ATƏT Azərbaycanda jurnalistlərin əfvini alqışlayıb

ATƏT Azərbaycanda jurnalistlərin əfvini alqışlayıb
# 02 yanvar 2008 20:20 (UTC +04:00)
ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayədəsi və Bakı Ofisi Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı son əfv fərmanında 5 jurnalistin adının olmasını alqışlayıb. ATƏT-in Bakı ofisindən APA-ya daxil olan məlumata görə, ATƏT eyni zamanda hökuməti diffamasiya ilə bağlı məsələyə yenidən baxmağa çağırıb.
Açıqlamada qeyd olunub ki, prezidentin 28 dekabr tarixli fərmanı ilə Rövşən Kəbirli, Yaşar Ağazadə, Fərəməz Novruzoğlu, Samir Sədaqətoğlu və Rafiq Tağı azadlığa buraxılıb.
“Bir neçə jurnalistin azad olduğunu eşitmək məni sevindirdi”- bunu ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayədəsi Mikloş Haraşti söyləyib. Ancaq o, Eynulla Fatullayev, Qənimət və Sakit Zahidovların həbsdə olmasından təəssüfləndiyini də vurğulayıb.
ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero isə jurnalistlərin əfv olunmasının media ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına kömək edəcəyinə ümidini ifadə edib.
“Mətbuat, hökümət və cəmiyyət arasında geniş qarşılıqlı münasibətlərin, demokratik mexanizmlərinin formalaşdırılması prosesi bütün tərəflərin əməkdaşlığı şəraitində davam etdirliməlidir. ATƏT hökümətə, peşəkar mətbuata və sivil cəmiyyətə mətbuatın azadlığını qorumaqda, möhkəmlətməkdə və gücləndirməkdə dəstək verməyə hazırdı”- deyə, Luis Herrero əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR