Polşanın Azərbaycandakı səfirliyi Şengen vizası verməyə başlayıb

Polşanın Azərbaycandakı səfirliyi Şengen vizası verməyə başlayıb
# 07 yanvar 2008 13:10 (UTC +04:00)
İlin əvvəlindən etibarən Polşanın Azərbaycandakı səfirliyində Şengen vizası verilməsinə başlanılıb. Səfirliyin konsulluq şöbəsindən APA-ya verilən məlumata görə, Polşa Avropa İttifaqına yeni üzv olan 8 ölkə ilə yanaşı yanvarın 1-dən rəsmən Şengen sazişinə qoşulub. Bununla əlaqədar bu ölkəyə səfər etmək istəyənlərə Şengen vizası verilir. Diplomat bildirib ki, Şengen vizası almaq üçün tələb olunan sənədlərdən (pasport, şəkil, tibb arayışı, sığortalanma) əlavə şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, iş yerindən arayış və lazımı maliyyə vəsaitin olmasını təsdiq edən sənədlər təqdim etmək tələb olunur. Vizanın qiymətində və verilmə müddətində də dəyişiklik edilib. Hazırda Polşa səfirliyindən Şengen vizası almaq üçün 60 avro ödəmək lazımdır. Vizalar konsulluğa müraciət edildikdən bir həftə sonra verilir. Qeyd edək ki, əvvəllər Polşaya viza almaq üçün 50 dollar rüsum ödəməklə bir həftə ərzində viza almaq mümkün idi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR