Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçiriləcək
# 15 yanvar 2008 11:01 (UTC +04:00)
Yanvarın 18-də Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, səfirliyin Leontyev döngəsinə baxan girişi çiçəklər qoymaq üçün açıq olacaq. Burada 20 Yanvar faciəsi qurbanlarının adı həkk olunmuş stend quraşdırılacaq. Həmin gün səfirlikdə Rusiya ictimaiyyətinin, Moskvada yaşayan və faciənin şahidi olmuş azərbaycanlıların, Moskvada akkreditə olunmuş dipkorpus nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR