Naxçıvanda İran İslam İnqilabının ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvanda İran İslam İnqilabının ildönümü münasibətilə tədbir keçirilib
# 12 fevral 2008 16:55 (UTC +04:00)
Xaliq Babayev. Naxçıvan APA. İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu islam inqilabının 29-cu ildönümü münasibətilə rəsmi ziyafət təşkil edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İranın Naxçıvandakı baş konsulu Seyid Məhəmməd Təbatəbai inqilabdan sonrakı illərdə ölkəsinin daha da inkişaf etdiyini bildirib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov isə təhsil, kənd təsərrüfatı, mədəniyyət sahəsində uğurlu əməkdaşlıqdan danışaraq bayram münasibətilə baş konsulu təbrik edib. Tədbirdə islam inqilabından sonrakı dövr ərzində İranın sosial-iqtisadi inkişafından bəhs edən kadrlar nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR