Kuba Azərbaycana səfir təyin edəcək

Kuba Azərbaycana səfir təyin edəcək
# 15 fevral 2008 16:26 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Bu ay Kuba hökuməti Azərbaycana səfir təyin edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Kubanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marselo Kaballero Torres məlumat verib. O, özünün də səfir təyin edilməsinin mümkün olduğunu deyib. Artıq səfirlik üçün yer də icarəyə götürülüb. M. K. Torres Azərbaycan-Kuba hökumətlərarası komissiyasının ilk iclasında nəqliyyat, enerji, sənaye, telekommunikasiyalar və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı razılıq əldə edildiyini açıqlayıb. Bu məqsədlə qarşılıqlı rəsmi səfərlər həyata keçiriləcək. Avqust ayında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Kubaya rəsmi səfər edəcək, oktyabr-noyabrda isə Kubanın xarici sərmayələr naziri Marta Lomosun Azərbaycana səfəri nəzərdə tutulub. Onun səfəri zamanı hökumətlərarası komissiyanın ikinci iclasının keçiriləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR