ATƏT sədri İlkka Kanerva Bakıya gəlib

ATƏT sədri İlkka Kanerva Bakıya gəlib
# 27 fevral 2008 20:05 (UTC +04:00)
O, Azərbaycana səfərində əsas məqsədin yerli vəziyyəti öyrənmək, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ictimaiyyətinin fikirləri ilə tanış olmaq olduğunu söyləyib. ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən Ermənistanda yeni prezident seçilməsinin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində yeni imkanlar açacağına ümid etdiyini deyib. O, münaqişənin həlli prosesində ədalətli mövqe tutacağını bildirib.
İ. Kanerva Ermənistanda səfərdə olarkən bu ölkənin rəhbərliyinin Dağlıq Qarabağın erməni icmasının da danışıqlarda iştirak etməsi ilə bağlı təklif səsləndirdiyini və bu təklifin Minsk Qrupu tərəfindən müzakirə ediləcəyini deyib. O, Azərbaycan icmasının danışıqlara qoşulması ilə bağlı müzakirələr aparılmadığını da qeyd edib. ATƏT sədri yeni təkliflər barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla müzakirələrdən sonra fikir söyləyəcəyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR