İraqın Azərbaycandakı səfiri: “Bizim ölkəmiz də işğal olunduğundan, Azərbaycanı yaxşı başa düşürük”

İraqın Azərbaycandakı səfiri: “Bizim ölkəmiz də işğal olunduğundan, Azərbaycanı yaxşı başa düşürük”
# 23 mart 2008 10:43 (UTC +04:00)
Sakinlər öz növbəsində xarici diplomata atəşkəsin tez-tez pozulması, kənd ərazisinin ermənilər tərəfindən yandırılması və s. haqda məlumat veriblər. Bundan sonra diplomat yerli sakinlərlə birgə bayram süfrəsi arxasında oturub.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ərşad Ömər İsmayıl bayram günündə Ermənistanla həmsərhəd olan kənddə sakinlərlə görüşməsindən çox şad olduğunu bildirib: “Mən çox şadam ki, Əlibəyli kəndinə ailəmlə birgə gəlib burada sakinlərin bayramlarını təbrik edirəm. İraq həmişə Azərbaycana dəstək olub və olacaq. Biz özümüz də işğal olunmuş bir ölkəyik, buna görə də Azərbaycanı yaxşı başa düşürük. Bu yaxınlarda BMT-də səsverməyə çıxarılmış məlum qətnamə layihəsinə səs vermiş 39 ölkədən biri də İraq idi. Biz arzu edirik ki, tezliklə bu problemlər öz həllini tapsın”.
Daha sonra səfir “N” saylı hərbi hissəyə baş çəkib və əsgərlərlə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR