Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri iki həftə sonra Bakıya gələcək

Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri iki həftə sonra Bakıya gələcək
# 29 mart 2008 10:15 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Annaməmməd Məmmədov iki həftədən sonra Bakıya gələcək. Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. A. Məmmədov etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra səfirliyin açılış mərasimi keçiriləcək və 7 il əvvəl bağlanmış diplomatik nümayəndəlik yenidən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, yaxın vaxtlarda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR