İranın Azərbaycandakı səfiri ölkəsinin Ermənistanla hərbi əməkdaşlığını mümkünsüz sayır

İranın Azərbaycandakı səfiri ölkəsinin Ermənistanla hərbi əməkdaşlığını mümkünsüz sayır
# 16 may 2008 14:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. İran İslam Respublikası (İİR) Azərbaycanda keçirilən seçkilərə müdaxilə etmir. APA-nın məlumatına görə, İİR-in Azərbaycandakı səfiri Nasir Həmidi Zare bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı bəzi müxalifət partiyalarına dəstək verməsi barədə məlumatların əsassız olduğu deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı yetərincə öz istəyini gerçəkləşdirməyə qadirdir, buna görə də başqa ölkələrin Azərbaycanda keçirilən seçkilərə müdaxiləsinə ehtiyac yoxdur: “Prezident İlham Əliyev də çıxışlarında bildirir ki, prezidentlik demokratik yoldur və hakimiyyətdə kimin olması xalqın iradəsindən asılıdır”. İranın Ermənistanla hərbi əməkdaşlıq etməsi və bu məqsədlə iki ölkənin hərbi nazirlərinin görüşünün keçirilməsi ilə bağlı məlumatlara gəldikdə, səfir Ermənistanla İran arasında hərbi əməkdaşlığı mümkünsüz sayıb: “Biz əməkdaşlıq məsələsində Azərbaycana üstünlük veririk”.
PKK terrorçularının liderlərindən biri Cəmil Bayıkın İranda olması ilə bağlı yayılan məlumatlara münasibət bildirən səfir bunu da təkzib edib. Onu sözlərinə görə, belə fikirləri yalnız terroru yaradan və himayə edənlər deyə bilər: “İranla Türkiyə arasında səmimi əməkdaşlıq var. Harada belə güclü dostluq və qardaşlıq olursa, orada güclü şeytanlar tapılır. Bizi istəməyənlərin nə deməsinə baxmayaraq, əməkdaşlığımız davam edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR