Praqada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı tədbir keçirilib

Praqada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı tədbir keçirilib
# 22 may 2008 14:51 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Praqanın məşhur “Radison” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı tədbir keçirilib. Azərbaycanın Çexiyadakı səfirliyinin mətbuat katibi Arif Məmmədovun APA-ya verdiyi məlumata görə, səfirliyin təşkil etdiyi tədbirə 200-ə yaxın dəvətli qatılıb. Onların arasında Çexiya Prezident Aparatının, parlamentin və Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin diplomatik korpusun və Azərbaycan diasporunun təmsilçiləri də olub. Mərasimdə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə əlamətdar günlə bağlı iştirakçıları məlumatlandıraraq bu tarixin Azərbaycan üçün əhəmiyyətindən danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR