Abdullahian: Bakı ilə İrəvan arasında davamlı sülhə nail olmaq gələn ilin əvvəlində mümkündür

Abdullahian: Bakı ilə İrəvan arasında davamlı sülhə nail olmaq gələn ilin əvvəlində mümkündür
# 27 dekabr 2023 17:12 (UTC +04:00)

İran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı təşəbbüsünü alqışladıqlarını vurğulayıb.

İranlı nazir əlavə edib ki, ölkəsi eyni zamanda, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi tranzit yolunun tikintisini tam dəstəkləyir.

Abdullahian həmçinin qeyd edib ki, İran regionda sülh və stabilliyin kənar qüvvələrin müdaxiləsi olmadan təmin olunmasını istəyir.

Abdullahianın sözlərinə görə, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında "3+3" platforması çərçivəsində nail olmaq olar. Belə ki, iranlı nazir dünən axşam Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı apardığını xatırladıb. O diqqətə çatdırıb ki, Ceyhun Bayramovun bəyanatları Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsindən xəbər verir.

Abdullahian son bir həftə ərzində Rusiya xarici işlər naziri Sergey Lavrovla da Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı iki telefon danışığı apardığını bəyan edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı İranın aydın mövqeyinə ölkəsi xüsusi əhəmiyyət verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR