Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün aparılan təmizləmə əməliyyatları zamanı 1 436 ədəd qəlpə və 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, nəticə etibarilə 39 129 kv.m ərazi (2 827 kv.m əllə, 12 500 kv.m mexaniki üsulla, 23 802 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.