ABŞ-də azərbaycanlı tələbələr Amerika-Azərbaycan Ticarət Palatasında bir araya gəliblər - VİDEO

ABŞ-də azərbaycanlı tələbələr Amerika-Azərbaycan Ticarət Palatasında bir araya gəliblər - VİDEO
# 29 oktyabr 2023 20:51 (UTC +04:00)

ABŞ-nin ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr Amerika-Azərbaycan Ticarət Palatasında bir araya gəliblər.

APA xəbər verir ki, görüş Corc Vaşinqton Universitetində proqram direktoru, professor Sevinc Məmmədovanın təşəbbüsü ilə baş tutub.

Vaşinqtonda görüşən azərbaycanlı tələbələr bir-birləri ilə yaxından tanış olublar.

Sevinc Məmmədova bildirib ki, burada əsas məqsəd azərbaycanlı tələbələrin bir-birini yaxından tanımasıdır: "Məqsədimiz onları bir yerə yığmaq, onların şəbəkəsini yaratmaq, Azərbaycan üçün hansı töhfə verə bilərlər, hansı intellektual proqramları həyata keçirə biləcəklərini müzakirə etməkdir”.

Görüşdə Azərbaycanın müstəqillik ənənələri, tarixi, dövlət müstəqilliyinin bərpa edilməsindən söhbət açılıb.

Bundan əlavə, ABŞ-Azərbaycan əlaqələri, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xaricdə təhsil alan tələbələr üçün ölkəmizdə mövcud olan dövlət proqramları barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR