ABŞ indiyə kimi Azərbaycana 81 minaaxtaran it verib

ABŞ indiyə kimi Azərbaycana 81 minaaxtaran it verib
# 30 avqust 2023 14:14 (UTC +04:00)

ABŞ-dan Azərbaycana minaaxatran itlər gətirilib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında bildirilib.

"ABŞ tərəfindən maliyyələşdirilən "Marshall Legacy" (MLİ) QHT tərəfindən təqdim edilən daha altı minaaxtaran it bu yaxınlarda Azərbaycana gətirilib.

Bu yeni ianə xüsusi əhəmiyyət kəsb edir, çünki bununla MLİ-nin minalardan zərər çəkmiş ölkələrə verdiyi itlərin sayını 300-ə çatır.

Verilən itlərin 81-i yalnız Azərbaycana göndərilib. Boka, Byanka, Flex, Lex, Stela və Tiger Pride II ANAMA ilə birlikdə əhəmiyyətli işlərə başlayır!" - paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR