Rio-2016: Şərif Şərifov Azərbaycan yığmasına 14-cü medal qazandırıb - YENİLƏNİB-3

<span style="color: red;">Rio-2016:  Şərif Şərifov Azərbaycan yığmasına 14-cü medal qazandırıb  - <span style="color: red;">YENİLƏNİB-3
# 20 avqust 2016 22:27 (UTC +04:00)

Bakı-APA. Olimpiya çempionumuz Şərif Şərifovun mükafatlar uğrundakı sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olub. APA-nın xəbərinə görə, ilk hissədə rəqibini minimal fərqlə üstələyən Şərif ikinci hissədə fəallaşaraq fərqi artırıb və 5:1 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.

*** 19.19

Bakı-APA. Olimpiya çempionumuz Şərif Şərifov final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

**** 18.35

Bakı-APA. Olimpiya çempionumuz Şərif Şərifov 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.

Güləşçimizin final yolunda son rəqibi rusiyalı Abdulrəşid Sadulayev olacaq.

**** 17.48

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verib. Apasport.az saytının xəbərinə görə, Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.

O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparacaq. Yarımfinal yolundakı görüş saat 18:04-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR