Aİ-nin Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə patrul xidmətinin sayı 1000-ə çatıb

Aİ-nin Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə patrul xidmətinin sayı 1000-ə çatıb
# 25 oktyabr 2023 11:31 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan- Azərbaycan şərti sərhədində indiyə qədər 1000 dəfə patrul həyata keçirib.

APA xəbər verir ki, bununla bağlı Aİ-nin Monitorinq Missiyasının "X" hesabında paylaşım edilib.

Bildirilib ki, vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq üçün Ermənistan-Azərbaycan sərhədində bu günə qədər 1000 dəfə patrul xidməti həyata keçirilib.

Aİ Missiyası bildirib ki, Ermənistanda 6 əməliyyat bazasından patrul xidməti həyata keçirilir: “Hər həftə monitorinq missiyamızın üzvləri təqribən 3800 km məsafə qət edir və gündə 7 patrul həyata keçirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR