Aİ-nin xüsusi nümayəndəsi: “Təhlükəsiz və firavan bir Cənubi Qafqazı yenidən qurmaq imkanı var”

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

© APA | Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

# 27 sentyabr 2021 18:28 (UTC +04:00)

“Sülh içində, təhlükəsiz və firavan bir Cənubi Qafqazı yenidən qurmaq imkanı var”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.

“Bu gün düşüncələrimiz 44 günlük müharibədə və 30 illik münaqişədə yaxınlarını itirənlərlə birgədir. Yara izləri hələ sağalmayıb, lakin sülh içində, təhlükəsiz və firavan Cənubi Qafqazı yenidən qurmaq imkanı var. Avropa İttifaqı bu məqsədə çatmaq üçün tərəfdaşlarının yanındadır”, - deyə Aİ rəsmisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR