Albaniya Prezidenti: Avropadakı münaqişələr artıq qapımızdadır

Albaniya Prezidenti: Avropadakı münaqişələr artıq qapımızdadır
# 14 mart 2024 10:54 (UTC +04:00)

“Avropadakı münaqişələr artıq qapımızdadır”.

APA-nın xəbərinə görə, bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində çıxış edən Albaniya Prezidenti Bayram Beqay bildirib.

Bayram Beqay deyib ki, Avropa təhlükəsizlik siyasətini birləşdirməlidir: “Albaniya təhlükəsizliyə və sülhə töhfə vermək imkanındadır. Albaniyanın Avropanın təhlükəsizliyinə dəstəyi davam edəcək, NATO daxilində bütün təhlükəsizlik tədbirlərində iştirak edəcəyik. Albaniya təhlükəsizlik və dialoqu təşviq edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR