Hadı Rəcəbli: “Sosial müdafiə yenə də dövlətin prioritet məsələsidir”

Hadı Rəcəbli: “Sosial müdafiə yenə də dövlətin prioritet məsələsidir”
# 20 fevral 2016 12:15 (UTC +04:00)

Bakı – APA. “Dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artırıldığı halda, bu sahə üzrə olan artım 42.3 faizdir. Bu isə o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir”.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O qeyd edib, manatın məzənnəsinin dollarla müqayisədə aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar dövlət başçısı tərəfindən 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi göndərilib: “Bu qanun layihələrinin mərkəzində, dünyada gedən iqtisadi proseslərə, ölkənin büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR