Azərbaycanda işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqlarının verilməsi qaydası dəyişib

Azərbaycanda işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqlarının verilməsi qaydası dəyişib
# 02 oktyabr 2015 06:11 (UTC +04:00)

APA-nın məlumatına görə, qərara əsasən Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqlarının verilməsini təmin edir.

İndiyə qədər büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda orta aylıq əməkhaqqının verilməsi dayandırılıb. Dəyişikliyə əsasən bundan sonra işlə təmin edilməmiş məcburi köçkünlərə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda deyil, pensiya yaşına çatdıqda orta aylıq əməkhaqqının verilməsi dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR