Mərkəzi Bank auditor seçir

Mərkəzi Bank auditor seçir
# 19 fevral 2016 06:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı 2016, 2017 və 2018-ci illər üzrə maliyyə hesabatlarının illik auditinin beynəlxalq audit standartlarına uyğun keçirilməsi üçün açıq tender elan edir.


"APA-Economics" xəbər verir ki, tender proseduru cari ilin aprelin 12-də keçiriləcək.


İddiaçı şirkətin və audit heyəti rəhbərinin mərkəzi bankların auditində iş təcrübəsi olmalıdır. Bu tələbə cavab verməYən iştirakçılar tenderdə iştirak edə bilməzlər.


Qeyd edək ki, tenderdə iştirak haqqı kimi Mərkəzi bankın hesabına 200 manat məbləğində vəsait köçürməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR