Rusiyada 5 nəfər dəm qazından boğularaq ölüb

Rusiyada 5 nəfər dəm qazından boğularaq ölüb
# 14 yanvar 2016 07:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası Başqırdıstan Respublikasının Birsk şəhərində çoxmənzilli evdə 3-ü uşaq olmaqla, 5 nəfər dəm qazından boğulub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu gecə qonşular kəskin qaz iyi səbəbi ilə fövqəladə xidmətə müraciət ediblər. Hadisə yerinə gələn heyət mənzillərdən birindən 5 nəfərin meyitini tapıb. Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR