Bakı. Türbət Bağırova - APA. Somali paytaxtı Moqadişoda silahlı şəxslərin “Liido Seafood” restoranına hücumu nəticəsində ölənlərin sayı 20-ni keçib.
APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polisin məlumatında deyilir.
Bildirilir ki, özəl təhlükəsizlik qüvvələri restoranda köməksiz vəziyyətdə qalmış çoxlu sayda insanları xilas ediblər. Şahidlər silahlıların restorana daxil olarkən ətrafa atəş açdığını deyiblər.
Qeyd edilir ki, restoranın müştəriləri əsasən imkanlı şəxslər, dövlət aparatının nümayəndələri olub.
Hücuma görə məsuliyyəti “Əs Şəbab” qruplaşması üzərinə götürüb.
***
saat 06.24
Bakı-APA. “Əş-Şəbab” terror qruplaşmasının silahlıları Moqadişoda restorana hücum ediblər, nəticədə azı 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular “Liido Seadood” restoranının qarşısında iki avtomobil partladaraq toy mərasiminin keçirildiyi obyektə daxil olublar.
Polis terrorçuların girov götürdükləri restoran müştərilərini qətlə yetirdiyini ehtimal edir.
Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir.