Ötən il Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə 1,2 mlrd. manat sərf edib

Ötən il Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə 1,2 mlrd. manat sərf edib
# 18 yanvar 2016 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 mlrd. manata çatıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4 380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb.

Bu dövrdə gəlirlərin 72,1%-i (30 mlrd. 65,7 mln. manat) son istehlak xərclərinə, 9,1%-i (4 mlrd. 286,1 mln. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i (1 mlrd. 209,3 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i (7 mlrd. 488,9 mln. manat) isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 mlrd. manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR