Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş sifarişli qətllə bağlı məlumat yayıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.
Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar.
Faktla bağlı araşdırma aparılır.