Bakı-APA. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Hokkaydo adası sahilləri yaxınlığında, ocağı isə 80 km dərinlikdə yerləşib
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.