Çimmək üçün kanala gedən Ucar sakini itkin düşüb

Çimmək üçün kanala gedən Ucar sakini itkin düşüb
# 30 avqust 2016 18:37 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Çimmək üçün kanala gedən Ucar sakini itkin düşüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün baş verib. Ucar Rayon Polis Şöbəsinə 1973-cü il təvəllüdlü Təhminaz Hüseyn oğlu Quliyevin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Yaxınlarının bildirdiyinə görə, T. Quliyev ötən gün rayon ərazisindən keçən Qazyan kanalında çimmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Onun adı çəkilən kanalda batdığı ehtimal olunur.

Məlumata görə, hazırda kanalda axtarışlara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR