Ekoloji qanunvericiliyi pozanlar cərimələnib

Ekoloji qanunvericiliyi pozanlar cərimələnib
# 18 fevral 2016 12:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 1-15 fevral tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 71 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib. Bildirilib ki, ümumilikdə, 26 iş üzrə 30770 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib: “Ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 372.61 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 342 iş üzrə 36488.67 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 16, icra qurumlarına 3, məhkəmələrə isə 6 iş göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR