Azərbaycanlı hakimliyə namizədlər Türkiyədə təlim alacaqlar

Azərbaycanlı hakimliyə namizədlər Türkiyədə təlim alacaqlar
# 02 may 2017 11:36 (UTC +04:00)

Azərbaycan Ədliyyə Akademiyasında təhsil alan hakimliyə namizədlər təlimlərdə iştirak etmək üçün Türkiyəyə yollanacaqlar.

 

APA-nın məlumatına görə, bunu Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov deyib. O bildirib ki, səfər çərçivəsində hakimliyə namizədlərə Türkiyənin hüquq sistemi barədə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna dair məlumatlar veriləcək. Təlimlər barədə qərar ötən il oktyabrın 17-19-da İstanbulda keçirilən beynəlxalq hüquq konfransında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında aparılan danışıqlar zamanı verilib.


TİKA-nın Azərbaycandakı proqram koordinatoru Adəm Urfa təlimə ümumilikdə 126 hakimliyə namizədin qatılacağını söyləyib. Onun sözlərinə görə, 64 nəfər mayda yola düşəcək, digər 62 nəfər isə sentyabrda təlimə qatılacaq. 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, hakimliyə namizədlər gələcəkdə hakim məsuliyyətini öz üzərilərinə götürərkən dövlətin gələcəyini də öz əllərinə almış olacaqlar: “Türkiyə üçün Azərbaycan çox vacibdir. Eynilə Türkiyənin də Azərbaycan üçün vacib olduğunu burada müşahidə etdim. Ölkələrimiz arasında başqa iki ölkə arasında olmayan əlaqələr var. Bu, strateji tərəfdaşlıqla yanaşı, qardaşlıq əlaqəsidir. Biz burada özümüzü vətənimizdə hiss edirik. Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanın gücü də Türkiyənin gücüdür. Biz birlikdə hərəkət etdiyimiz müddətdə daha güclü olacaq və bir-birimizə güc verəcəyik. Biz Azərbaycana istədiyi sahədə hər zaman kömək etməyə hazırıq”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR